Müsəlmanlar
Zərgərdən qızıl borcu almağın şərtləri nədir?

Zərgərdən qızıl borcu almağın şərtləri nədir?

Sual: Mən zərgərliklə məşğulam. Bəzi kliyentlər gəlib bizdən 10 qram borc istəyirlər. 10 gündən sonra onlardan o günün məzənnəsinə əsasən pulunu alırıq. Bu, dini cəhətdən düzgün bir əməldir? Əgər deyilsə, nə etməliyik?

Cavab: Qızıl və oxşar pul və pula müqabil olan fərqli qiymətli malların mübadiləsi sadəcə olaraq nağd formada həyata keçirilə bilər.

Bununla belə, əgər alıcı sualda qeyd edildiyi kimi, 10 qram qızılı (yaxud da 10 qram qızılın pulunu) borc almaq istəyirsə, ya eynilə həmin 10 qram qızılı, ya da onun pulla dəyərini o günün məzənnəsinə əsasən borc vermək olar. Lakin qızılın qiyməti (məzənnəsi) alıcı və satıcının arasında deyil, mərkəzi bankın, yaxud da hər iki tərəfin də müdaxilə etmədiyi başqa bir təşkilat tərəfindən müəyyən edilməlidir. Yəni, belə bir təşkilatın müəyyənləşdirdiyi kurs əsas götürülməlidir.

Borcun qaytaılması vaxtı gəldikdə isə 10 qram qızıl yenə qeyd etdiyimiz qurumlar tərəfindən müəyyən olunan kursa əsasən qaytarılmalıdır.

Qısa desək, bu iş ancaq kömək məqsədilə görülə bilər. Zərgər bu işdən qazanc götürməməlidir. Çünki borc verib gəlir götürmək faizdir.

Aşağıdakı keçiddə sualınıza oxşar bir sualın cavabı ilə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/5145.html

Suala cavab verdi: Servet Bayındır ((İslam hüququ və İslam iqtisadiyyatı mütəxəssisi, İstanbul Universitetinin dosenti, Türkiyə.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.