Müsəlmanlar
Süd bankı təsis etmək dini cəhətdən düzgündür?

Süd bankı təsis etmək dini cəhətdən düzgündür?

Sual: Xəbərlərdə deyilir ki, Səhiyyə Nazirliyi (Türkiyə) süd bankı təsis edəcək. Südü olmayan analar həmin bankda süd alıb körpələrə verəcəklər. Bu məsələ İslam dininə əsasən nə cür qiymətləndirilir? Nə dərəcədə düzgündür?

Cavab: Quranın Talaq surəsinin 6-cı ayəsində bildirilir ki, körpələri süd anasına vermək olar. Süd anası bunun müqabilində bir haqq da ala bilər. Lakin süd qohumluğu İslam hüququnda mütləq bir evlənmə qadağası hesab edilir. Çünki Allah süd anası və süd bacısıyla evlənməyi haram qılıb (Nisa, 4/23). Odur ki, təsis edilən süd bankında hansı qadının südünün hansı uşağa verildiyi diqqətlə və qəti surətdə müəyyən olunmalı, qeyd edilməlidir. Əks halda, həmin uşaqlar böyüdükləri vaxt süd qohumları ilə evlənə bilərlər; yəni, buna belə bir zəmin hazırlanmış olar.

Bununla yanaşı, Qurani-Kərimdə daimi olaraq əmizdirmə işi xüsusi qaydada vurğulanır (Bəqərə, 2/233; Talaq, 65/6). Məlumdur ki, bu, süd verən ana ilə südü əmən uşaq arasında bir sevgi-məhəbbət körpüsü yaradır. Ona görə də həm süd əmizdirən qadınları, həm də süd əmən körpələri bundan məhrum etməmək üçün qurulması planlaşdırılan süd bankı fərqli bir struktur və mexanizmaya malik olmalıdır. Bu, daha münasibdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.