Müsəlmanlar

Cümə namazı nə vaxt vacib olunub?

Sual: Cümə namazı nə vaxt vacib edilib? Əlavə olaraq, birinci dəfə harada qılınıb? Cümə namazı qılmaq üçün şəriət cəmiyyətdə mütləq hakim olmalıdır?

Cavab:  Cümə namazının nə vaxt fərz qılındığı haqda iki fərqli rəvayət vardır:

1. Cümə namazı,  Məkkədən Mədinəyə hicrət əsnasında fərz qılınmışdır. Məkkədən Mədinəyə hicrət edən Rəsulullah, bir həftədən uzun sürən çətin səfərdən sonra, Mədinə yaxınındakı Ranuna deyilən yerə gəlincə, dəvəsindən enərək Salim oğulları yurdunda ilk Cümə namazını qıldırmışdır.

2. Rəsulullahın Mədinəyə hicrətindən əvvəl, Əsad b. Zurarənin Mədinədə Cümə namazı qıldırdığı rəvayət edilməkdədir. Məkkədə müşriklərin təzyiqi səbəbindən orada qılına bilməmişdir.

İşin əsli budur ki, qılınan hər iki cümə namazı da hələ İslam dövləti meydana gəlmədən əvvəl olmuşdur və İslam şəriəti də hakim deyildi. Cümə namazı da digər namazlar kimi bir namazdır. İslam dövlətinin olması və şəriətin yerinə gətirilməsi ilə heç bir əlaqəsi yoxdur. Heç bir ayət və hədis, cümə namazının bir yerdə qılına bilməsi üçün İslam dövlətinin hakim olmasını və ya İslam şəriətinin yerinə gətirilməsini şərt qoşmamışdır.

Məzhəb imamları da bu mövzuda belə bir fətva verməmişlər.

Cavabı hazırladı: Aydın Mülayim

Cümə namazına dair ətraflı məlumat aşağıdakı keçiddədir:

http://www.muselmanlar.com/fitvalar/cume-namazi-fitvalar

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.