Sual: Tez-tez eşitdiyimiz “Alimlər peyğəmbərlərin varisləridir” hədisi səhihdir? Mötəbər və düzgün hesab olunurmu?
Cavab : Ümumiyyətlə bu rəvayət müxtəlif ifadələrlə Tirmizi, Əbu Davud, İbn Macə və Əhməd ibn Hənbəldə qeyd olunmaqla bərabər, rəvayət zəncirində yer alan raviləri səbəbiylə “zəif”dir. Bu zəiflik səbəbiylə bu mətni Muhəmməd peyğəmbərə (s. a. v.) əsaslandırmağın çətin olduğunu deyə bilərik.
Rəvayətlə əlaqəli hökmü bu cür qısa şəkildə ifadə etdikdən sonra, cavabın detallarına keçə bilərik:
Hədisin bütöv mətni belə qeyd edilmişdir:
“Qeys ibn Kəsirin dediyinə görə Mədinədən bir adam Şamda olan (səhabə) Əbud-Dərdanın yanına gəldi. Əbud-Dərda adamdan “ Səni buraya gətirən nədir qardaşım?” deyə soruşdu. Adam gəlişini belə ifadə etdi: “Rəsulullahdan nəql etdiyini eşitdiyim bir hədis”. Əbud-Dərda: “Ehtiyacın üçün gəldinmi?”, – deyə, soruşduqda adam: “Xeyr”, – dedi. Arxasından: “Bir ticarət üçün gəldinmi?” sualına adam: “Xeyr, ancaq bir hədisi səndən tələb etmək üçün gəldim” cavabını verdi. Bu zaman Əbud-Dərda, Rəsulullahı belə deyərkən eşitdiyini danışdı:
“Kim elm tələb etmək istəyi ilə bir yol tutarsa, Allah onun yolunu cənnətə çatdırır. Mələklər elm tələbəsinə, razılıqla qanadlarını sərərlər. Şüphəsiz ki, alim üçün göylərdə və yerdə olanlar istiğfar dilərlər. Hətta dənizdəki balıqlar belə. Alimin abidə (ibadət edən insana) üstünlüyü, ayın (bəzi rəvayətlərdə “dolunay halındaykən”) digər ulduzlara üstünlüyü kimidir. Şüphəsiz ki, alimlər nəbilərin varisləridir (إِنَّ الْعُلَمَاءَ وَرَثَةُالأَنْبِيَاءِ). Nəbilər dinar və ya dirhəm miras buraxmazlar. Onlar ancaq elmi miras buraxırlar. Kim bu mirası alırsa, çoxlu nəsib almış deməkdir.”
Rəvayəti bu mətinlə İmam Tirmizi qeyd etmiş və hədisin ancaq Asım b. Rəca b.Havyə rəvayəti ilə bilindiyini rəvayət etmişdir. Tirmizi bu rəvayəti Asım b. Rəca – Qays b. Kəsir- Əbud- Dərda sənədiylə vermiş və bunun müttəsil (bütöv) olmadığını bildirmişdir. Doğrusunun isə Asım – əl- Vəlid b. Cəmil- Kəsir b. Qays- Əbud- Dərda sənədiylə nəql edldiyini deyərək, bu mövzuda ən səhih olan sənədin bu olduğunu əlavə etmişdir. (( Tirmizi, Elm 19. Əlavə olaraq hədis, oxşayan sözlərlə və eyni isnadla bu qaynaqlarda da keçməkdədir: Əbu Davud “Elm”, 1; İbn Macə “Müqəddimə” 17. bab, 223 nömrəli hədis; Əhməd b. Hənbəl “ əl-Müsnəd” thq.: Əhməd Muhamməd Şakir və Həmzə Əhməd əz-Zeyn, 20c. “Darul-Hadis” Qahirə, 1995/1416, c.16, s. 71, hədis no: 21612.))
Tirmizinin izahlarından bu iki nəticəyə çatmaq mümkündür:
1. Bəzi kitablarda hədisin ancaq “Alimlər nəbilərin varisləridir (الْعُلَمَاءَ وَرَثَةُالأَنْبِيَاء)” qismi nəql edilmiş olsa belə, bu mövzuda əsas alınacaq və ən səhih olan rəvayət, yuxarıda qeyd ediləndir. Birdə Tirmizinin bu izahıyla Əbu Davudun verdiyi başqa bir rəvayət zəncirinin məruf (bilinən) bir sənəd olmadığı ortaya çıxmaqdadır. ((Bax: Əbu Davud “Elm” 1.)) Bilavasitə Tirmizinin işarət etdiyi bu sənəd və mətin üzərində işləmək lazımdır. (( Əbul-Fərəc İbnül-Cəvzi (ö. 597), bu rəvayətlə əlaqəli bir bölüm açmış və bəzi fərqli versiyaların səhih olmadığını ortaya qoymuşdur. Bax: İbnül-Cəvzi, “əl-İləlül-Mütənahiyə”, “Darul-Kütübül-Elmiyyə” Beyrut, thq: “Xalil əl-Məys” 2 c. s. 81. Bir də Vəki b. əl-Cərrahın “Zühd” adlı əsərini təhqiq edən Abdurrahman Abdulcəbbar əl-Ferivai, hədisin fərqli versiyalarını bir araya gətirmişdir. Onun dəyərləndirməsində də hədisin başqa versiyalarında bir çox qüsurun olduğu müşahidə edilməktədir. Məsələn: Kəsir b. Qeysin adı üstündə gedən qarışıqlığın oxşarı başqa raviyə də aiddir. Bu ravi əl-Vəlid b. Cəmildir. Bəzi rəvayətlərdə onun adı Cəmil b. Qeys; bəzilərində isə Davud b. Cəmil olaraq keçməkdədir. Ətraflı izahat üçün bax: Əbu Süfyan Vəki b. əl-Cərrah “Kitabuz-Zühd” 197/812; thq: Abdurrahman Abdulcəbbar əl-Fervai, 3c. Mədinə Məktəbətüd-Dar, 1984, c.3 s.833-v.d. 519. hədisin dəyərləndirilməsi.))
2. Rəvayəti Əbu Dərdadan alan adamın Qeys b. Kəsirmi yoxsa Kəsir b. Qeysmi olduğu haqda bir qarışıqlıq görülməkdədir. Hər nə qədər Tirmizi, ravinin adını Kəsir b. Qeys olduğuna dair fikrini ortaya qoysa da, belə bir tərəddüdün varlığı, sənədin “muzdarib” (qüsurlu) olduğunu, yəni müxtəlif şəkillərdə qarışdırılaraq nəql edildiyini gşstərməkdədir.
Bu iki nöqtəyə işarətin əhəmiyyətindən mühəddis Səxavinin (ö. 902) bu rəvayətlə əlaqəli dəyərləndirməsinə muraciət etmək lazımdır. O belə demişdir:
“Hədisi Əhməd, Əbu Davud, Tirmizi və başqaları Əbud-Dərdadan nəql etmişlər. Bunu İbn Hibban, Hakim və başqaları səhih görmüşlər. Həmzə əl-Kəttani hədisə “həsən” dediyi halda, bəziləri sənədindəki iztirab(qüsur) səbəbiylə “zəif” görmüşlər. Ancaq bu rəvayəti gücləndirən başqa şahidləri (rəvayətləri) vardır.” ((Əbul-Xeyr Şəmsəddin Muhamməd b. Abdurrahman b. Muhamməd Səhavi “ əl-Məqasidül-Hasənə fi Bəyani Kəsirin minəl-Əhadisil-Müştəhirə aləl-Əlsinə” thq: Muhamməd Osman əl-Huşt, Beyrut, Darul-Kitabil-Arabi, 2002, s. 340.))
Səxavinin izahatlarından hədisin hökmü ətrafında mübahisə olduğu başa düşülməktədir. Bunun səbəbi sənədində olan “iztirab” olduğu göstərilmişdir. Bu qüsurun, Əbu Dərdadan nəqli Asim b. Rəcaya edən tabiin ismi haqqındakı qarışıqlıq olduğunu demək mümkündür. Hədisin qeyd edildiyi qaynaqların müəlliflərinə görə daha keçmiş dövrdə yaşayan bir mühəddis olan Vəkiin(ö. 197) əsərində bu qarışıqlığı açıq görməkdəyik. Belə ki, Vəki hədisi Asım b. Rəca- bir nəfər –Əbu Dərda sənədiylə qeyd etmişdir. ((Vəki, hədis mətninin “Alimlər nəbilərin varisləridir…” qismindən sonrasını qeyd etmişdir. Vəki b. əl-Cərrah “Zühd” c. 3, s. 833.)) Daha açıq bir ifadəylə, müəyyənləşdirdiyimizə görə hədisin yazılı olduğu ilk qaynaqda tabii ravisinin məchul(bilinməyən) olduğu və daha sonrakı dövrdə bu ravinin adı üzərində qarışıqlıqların ortaya çıxdığı görülməktədir.
Buna görə, hədisin xüsusiylə iki ravisi üzərində durmaq lazımdır. Xüsusiylə adı qarışdırılan Kəsir b. Qeysdan bəhs etmək münasibdir.
Kəsir b. Qeysın Şamlı olduğu və Əbud- Dərdadan bu hədisi nəql etdiyi bilinməktədir. Bilavasitə Abdullah b. Ömərdən bir rəvayəti olduğu məlumdur. Eyni zamanda ona Qeys b. Kəsir də deyilmişdir; ancaq bu bir xatadır. Kəsir b. Qeysi İbn Hibban güvənilir görmüşdür. Ancaq hədis ravisi mütəxəsislərindən İbn Hacərin seçiminin bu ravinin zəif olduğu yöndədir, deyə bilərik. Çünki öz görüşünü bildirərkən, ancaq Kəsirin zəif olduğunu bildirən muhaddislərin görüşlərini verməkdədir. ((Əbul-Fəzl Şəhabəddin Əhməd İbn Həcər əl-Əsqalani “ Təhzibut-Təhzib” 12 c. Dairətül-Maarifin-Nizamiyyə, Heydərabad, 1325, c. 8, s. 426.)) Bununla bərabər, Kəsir b. Qeysin rəvayətləri ilə əlaqəli fərqli bir rəvayət nümunəsi gətirilməmişdir. Bu məlumatlar işığında Kəsirin çox da tanınan bir ravi olmadığı deyilə bilər.
Kəsir b. Qeysin tanınan bir ravi olmadığı görüşünü, ondan bu hədisi nəql edən əl-Vəlid b. Cəmil haqqında verilən məlumatlar da gücləndirməktədir. Kəsirdə olduğu kimi əl-Vəlidin adı haqqında da mübahisə olduğunu görməkdəyik. Beləki ona Davud b. Cəmil də deyilmişdir. Mühəddislərin əl-Vəlidin zəif və məchul bir ravi olduğuna dair görüşləri ağırlıqdadır. Hətta Əbud-Dərdanın rəvayətlərində həm əl-Vəlidin həm də hədisi aldığı adamın olduğu da ifadə edilmişdir. Onun bu hədisin sənədindən belə bilindiyini müəyyən etmək mümkündür. ((Bilavasitə onun hədis müəllimi olaraq ancaq bu hədisdəki müəllimi Kəsir b. Qeys göstərilməktədir. Digər tərəfdən Vəliddən hədis nəql edən tələbə olaraq bu hədisi ondan nəql edən Asım b. Rəca qeyd edilmişdir. Bunun xaricində hədis aldığı və ya hədis nəql etdiği bir ravinin adı verilməmişdir. Ətraflı məlumat üçün bax: İbn Hacər “Təhzib” c. 3, s. 181.))
Verilən bu məlumatlar sayəsində əlaqəli hədisin ən qüvvətli isnadında, səhabə ravisi Əbud-Dərdadan sonra arxa-arxaya gələn iki ravinin məchul və zəif olduğu görülməktədir. Bu səbəblə İmam Səxavinin görüşünün əksinə, belə bir nöqsana sahib rəvayətin başqa hədislərlə qüvvətlənəcəyi və ya dəstəklənəcəyini demənin münasib olmadığı görüşündəyik. Hədisin daşıdığı bu zəiflik səbəbiylə də bu mətni Rəsulullaha əsaslandırmanın çətin olduğunu deyə bilərik.
Hazırladı: Cüneyd Coşqun (ilahiyyatçı alim)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.