Müsəlmanlar
İbrahim peyğəmbər quşları dağa diri buraxıb, yoxsa ölü?

İbrahim peyğəmbər quşları dağa diri buraxıb, yoxsa ölü?

Sual: Bəqərə surəsinin 260-cı ayəsinə əsasən İbrahim peyğəmbər quşları dağlara tikə-tikə atıb, yoxsa hər bir quş diri buraxılıb? Quranın bəzi tərcümələrində qeyd edildiyinə görə quşlar öldürülməyib. Xahiş olunur, bu məsələni izah edin.

Cavab: Gəlin, həmin ayəyə birlikdə nəzər salaq:

“Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– dedi. (Rəbbi ona): “Məgər sən inanmırsan?”– dedi. (İbrahim) dedi: “Əlbəttə (inanıram!) Amma (istəyirəm ki,) qəlbim rahat olsun”. (Allah) buyurdu: “Quşlardan dördünü tut və onları özünə öyrəşdir. Sonra o quşlardan hər tikəni hər bir dağın başına qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!”

Ayədə Allah “quşların hər tikəsini” ifadəsini işlədir. “Quşların hər birini” demir. Buradan belə bir nəticə çıxır ki, quşlar parçalanıb.

Burada belə bir sual yarana bilər: Ayədə kəsmək ifadəsi varmı? Quşların kəsilməyindən söz açılırmı? Xeyr, yoxdur. Bununla belə, bilmək lazımdır ki, Allah Təala heyvanların öldürülməsi ilə əlaqədar bir qayda qoyub. Bu da kəsmə yolu ilə həyata keçirilir. Odur ki, İbrahim peyğəmbərin quşları tutub əli ilə parçalamağından söhbət gedə bilməz. Təbii ki, kəsməklə öldürmə qaydasına tabe olub.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.