Sual: Mən hamiləyəm. Həkimə gedib müayinədən keçdim. O gün növbətçi həkim kişi idi. Həkimdən qayıdandan sonra qonşular mənə dedilər ki, gərək qüsl edəsən. Bu söz nə dərəcədə düzdür? İslamda belə bir qayda var?
Cavab: Kişi həkimə yoxlanan qadınların qüsl etməli olduqlarını göstərən dini bir hökm yoxdur.
Qüslü vacib edən hallar bunlardır:
Cinsi əlaqə, yuxuda və ya oyaq vaxtı cinsi boşalma, qadınların aybaşı (heyz, menstruasiya) və nifas müddətinin başa çatması.
Sualınızla əlaqədar olaraq aşağıdakı keçidlərə də baxın:
http://www.muselmanlar.com/fitvalar/2281.html
http://www.muselmanlar.com/fitvalar/801.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.