Sual: Məlumdur ki, Quranda bəzi peyğəmbərlərin adı çəkilir. Onların arasında Adəm yoxdur. Elə isə biz nəyə əsasən Adəmə peyğəmbər deyirik?
Cavab: Həzrəti Adəmin Allahın peyğəmbərlərindən olduğunu ifadə edən bir hədis var. Muhəmməd peyğəmbərdən (s. a. v.) gələn bu hədis təbii ki, Qurana əsaslanır. Allah Təala Quranda 1-cisi Nuh, axırıncısı isə İsa peyğəmbər olmaqla, 18 peyğəmbərin adını çəkir:
“Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin Müdrikdir, Biləndir.
Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. (Bundan) əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər.
İsmaili, Əlyəsə’i, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik
Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik.
Bu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyi şəxsi doğru yola yönəldir. Əgər (Ona) şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı.
Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslərdir. Əgər (kafirlər) ayələri inkar etsələr, Biz onları inkar etməyən bir camaata həvalə edərik.
Bunlar Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl. De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu (Kitab) aləmlər üçün yalnız bir xatırlatmadır.” (Ənam, 6/83-90)
Göründüyü kimi, burada Muhəmməd peyğəmbərin də adı yoxdur. Yuxarıdakı ayələrdə onların ataları ifadəsi var. Bu da Adəm peyğəmbərə qədər gedib çıxır. Nəsillərindən gələnlər ifadəsi isə axırıncı peyğəmbər olan Muhəmməd əleyhissəlamı bildirir. Eyni zamanda (buradan çıxan nəticəyə əsasən) Allah Adəm əleyhissəlama fitri bilikləri öyrədib. O halda Adəm əleyhissəlamın övladlarını düzgün yola istiqamətləndirən kim ola bilərdi? Təbii ki, Adəm peyğəmbər.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.