Müsəlmanlar

Qurandakı “Allahın əli” kimi ifadələri necə başa düşməliyik?

Sual: Quranın Sad surəsinin 75-ci ayəsində belə deyilir: “Allah dedi: “Ey İblis! Sənə nə mane olur ki, mənim iki əlimlə xəlq etdiyimə səcdə etmirsən?! Bu ayədəki “iki əlimlə” ifadəsini necə başa düşmək lazımdır? Məgər Allahın əli var?

Cavab: Quran Ərəblərin öz aralarında danışdıqları və bir-birlərini başa düşdükləri dildə nazil edilib. Odur ki, onda işlədilən sözlər xalq tərəfindən necə işlədilirsə, onları o cür başa düşmək və başqa tərəflərə çəkməmək lazımdır.

Misal üçün, bir evdə ana xörək hazırlayır və uşaqlarından biri: “Mən bunu yemirəm”, – deyir. Ana isə: “Mən bunu öz əllərimlə bişirdim. Başqa yerdən gəlmədi”, – deyir. Bu ifadə xörəyin məhz ananın özü tərəfindən hazırlandığını göstərir.

Yuxarıdakı ayədə də eyni məqam var. İblis Allaha belə demişdi: “Ya Rəbbi, biz Sənə boyun əyirik. Sənə ibadət edirik. Biz bir şey bilmirik. Sən bizə nə öyrədibsənsə, ancaq ondan xəbərdarıq.” Sonra İblis üsyankar oldu, təkəbbürlə hərəkət etdi.

Qısa desək, bu ayədəki ifadələri xalq tərəfindən necə işlədilirsə, onları o cür başa düşmək lazımdır. Təəssüf ki, bəzi şəxslər bunları başqa yerlərə çəkib fərqli mənalar verirlər. Allahın əli olduğunu deyirlər. Sonra da: “Məgər Allah insandır?”, – kimi suallar soruşurlar. Unutmamaq lazımdır ki, bizim dilimizdə də: “Əlini bizim üstümüzdən çəkmə”, – deyilir. Burada fiziki olaraq toxunmaq deyil, mənəvi dəstək nəzərdə tutulur.

Bu, dillə əlaqədar bir məsələdir. Odur ki, Allahı insan aoxşatmağın heç bir mənası yoxdur. Çünki Allah heç bir şeyə bənzəmir. Oxşarı yoxdur!

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.