Müsəlmanlar
İblis elə güman edir ki, onu yoldan çıxardan Allahdır?

İblis elə güman edir ki, onu yoldan çıxardan Allahdır?

Sual: Quranın Əraf surəsinin 16-cı ayəsində İblis deyir ki, məni yoldan çıxardan Allahdır. Biz bu ayəni nə cür başa düşməliyik?

 Cavab: Belə bir məsəl var: “Təqsir (günah, qəbahət) samur kürkü də olsa, heç kəs onu geyinmək istəməz.” Məsələ bundan ibarətdir ki, hamı öz qəbahətini başqasının üstünə yıxır. “Buna sən bais oldun”, – deyir. İblis də belədir. O özünün özü üçün başqa bir dünya qurub ona üz tutmağının səbəbini Allahın əmri kimi qəbul edir. Deyri ki, məni bu hala salan sənsən.

Bütün günahkarlar belədir. Əgər günahın içində qalmaq istəyirsə, özünü qətiyyən müqəssir hesab etmir. Lakin günahdan yaxa qurtarmaq niyyəti varsa, özünü günahkar bilib tövbə edir. İblisin əməli də eyni psixologiyanı ifadə edir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.