Sual: İnsanlıq ancaq və ancaq Adəm və Həvvadan törəməklə artıb?
Cavab: Təbii ki. Bununla əlaqədar çoxlu Quran ayəsi var. Misal üçün İnsan surəsində belə deyilir:
“İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! (Yaxud insanın elə bir dövrü olub keçmişdir ki, o həmin dövrdə xatırlanası bir şey olmasın?! Əlbəttə, olmuşdur. İnsan əvvəlcə mövcud deyildi. Sonra o, yəni ulu babamız Adəm torpaqdan və sudan yoğrulub insan şəklinə salınmış, ona ruh verilmiş və o, həyat sürməyə başlamışdır. İnsanın nə üçün yaradıldığını əvvəlcə nə göy əhli, nə də o özü bilirdi. Tədriclə mələklər və o özü nə üçün yaradıldığını anladı).” ((Tərcümə V. Məmmədəliyev və Z. Bünyadov tərəfindən edilib.))
“Biz onu (insanı) döllənmiş yumurtadan yaratdıq.”
Allah insanı torpaqdan çıxartdığını bildirir. Bu da onu göstərir ki, Adəm peyğəmbər başqa bir heyvandan törəməyib. Bu, çox vacib bir məsələdir. Nuh surəsində də qeyd edildiyi kimi, Adəm əleyhissəlam torpaqdan bir bitki kimi bitib. Deməli, başqa bir insan, yaxud da heyvanın davamı deyil. Quran ayələri bu məsələni açıq-aydın surətdə izah edir.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də baxın:
http://www.muselmanlar.com/fitvalar/784.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.