Müsəlmanlar

Cümə namazı üçün minimum neçə nəfər olmalıdır?

Sual: Məzhəblərə əsasən cümə namazı qıla bilmək üçün ən azı neçə nəfər olmalıdır?

Cavab: Hənəfi məzhəbinə əsasən cümə namazı üçün pişnamazdan başqa ən azı 3 nəfər olmalıdır. Əbu Yusifin fikrincə pişnamazdan başqa ən azı 2 nəfər kifayətdir. Şafei və Hənbəli məzhəblərinə əsasən cümə namazı üçün ən azı 40 nəfər olmalıdır. Malikilər isə pişnamazdan başqa ən azı 12 nəfərdən ibarət olan camaatla cümə namazı qılına biləcəyi fikrindədirlər. Bununla belə, bu məzhəbdəki əsas fikrə görə camaat sayla deyil,  minumum bir kənd əhalisinə əsasən təyin olunmalıdır. ((Hayreddin Karaman, “Cümə”, İslam Ensiklopediyası, 8-ci cild, s. 86.))

Cümə namazıyla əlaqədar Quran ayəsi belədir:

“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldıqda dərhal Allahı yad (zikr) etməyə tələsin və al-veri (ticarət) saxlayın! Bilsəniz, bu sizin üçün daha xeyirlidir. Namaz qurtardıqda dərhal yer üzünə dağılışın və Allahın lütfündən istəyin. Allahı çox zikr edin ki, bəlkə, umduğunuza qovuşasınız (nicat tapasınız).” (Cümə, 62/9-10)

Bu ayədə və həzrəti peyğəmbərdən nəql edilən hədislərdə cümə namazının qılına bilməsi üçün minumum camaat sayı bildirilməyib. Lakin ayədə “al-veri (ticarət) saxlayın  ifadəsindən  cümə namazı qılınan yerin bazarı da olan bir yaşayış yeri olduğu başa düşülür. Peyğəmbərin (s. a. v.) dövründə də Mədinə ətrafındakı kiçik yaşayış yerlərində cümə namazının qılınmamış olması da göstərir ki, yaşayış yerlərindən uzaq yerlərdə minumum bir camaat sayıyla cümə namazının qılına bilməz. Bu səbəbdən:  “Cümə namazının qılınması üçün ən azı bu qədər camaat olmalıdır” kimi bir rəqəm vermək düz deyil.

Cümə namazı ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidə baxın:

http://www.muselmanlar.com/fitvalar/1616.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.