Müsəlmanlar
Daşınmaz əmlakdan götürülən icarə haqqı da faizdir?

Daşınmaz əmlakdan götürülən icarə haqqı da faizdir?

Sual: Bəzi adamlar deyirlər ki, faizlə icarə, arenda və kirayə kimi şeylər eynidir, arada fərq yoxdur. Onlar buna bir əsas gətirib deyirlər: “Pulu əmanət bankına qoyursan, sonra da ondan zəhmət çəkmədən pul götürürsən. Bu, faizdir. Eyni pulla daşınmaz əmlak alırsan, arendaya verirsən və bundan da pul qazanırsan. Özü də heç bir zəhmət çəkmədən!”. Belə bir söz nə dərəcədə düzdür? Faiz və kirayə eynidir?

Cavab: Faiz borcdan götürülən gəlir deməkdir. Borc alan şəxs borc aldığı şeyi istehlak edir və ya xərcləyir. Vaxtı gəldikdə də borcunu faizi ilə birlikdə ödəməli olur. Buna görə də faiz istehlak edilən mallarda olur.

Kirayə və ya icarə isə bir malın mənfəətindən xeyir götürməklə olur. Yəni, icarəyə verilən obyektlərdən və kirayəyə açılan mənzillərdən bunun müqabilində qazanc əldə olunur. Kirayənişin kirayəyə götürdüyü yeri istehlak etmir, istifadə etdikdən sonra yiyəsinə qaytarır. Qayda belədir. Ona görə də istehlak olunan mallar kirayəyə verilmir.

Faizi kirayə və icarəyə oxşatmaq insanları çaş-baş qoyub faizi halal hesab etmək cəhdi deməkdir.

http://www.muselmanlar.com/fitvalar/5065.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.