Müsəlmanlar
Akupunktura sarğıları qüsl etməyə maneçilik törədir?

Akupunktura sarğıları qüsl etməyə maneçilik törədir?

Sual: Bədəndə akupunktura sarğıları ola-ola qüsl almaq olar? Bunda dini cəhətdən bir eyib var?

Cavab: Bədəndə akupunktura sarğısı olduğuna görə qüsl etmək lazım deyil; belə bir şərt yoxdur. Əgər qulaq və yaxud da bədənin başqa bir yerinə yapışdırılıbsa da, qüsl etmək olar. Bunda bir eyib yoxdur. Çünki bu, bir müalicə üsuludur.

Allah Təala dində əmr olunan məsələlərdə heç bir çətinlik yaratmayıb. Quranda belə deyilir:

“Allah sizi çətinliyə salmaq istəmir, lakin O, sizi arındırmaq (pak və təmiz etmək) və sizə verdiyi nemətini tamamlamaq istəyir. Bəlkə, şükr edəsiniz.” (Maidə, 5/6)

“O, sizə din barəsində heç bir çətinlik yükləməyib.” (Həcc, 22/78)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.