Müsəlmanlar
Qonaq getdikdə qüslü necə almaq lazımdır?

Qonaq getdikdə qüslü necə almaq lazımdır?

Sual: Arabir dost-tanış və qohum-əqrəbaya qonaq gedirik və onların evində gecələməli oluruq. Bəzən qüsl etmək lazım gəlir. Amma biz utanırıq. Bu kimi hallarda necə hərəkət etmək lazımdır?

Cavab: Belə bir şeydən qətiyyən çəkinməmək lazımdır. İnsanı Allah yaradıb və onun müəyyən xüsusiyyətləri var. Odur ki, hamı bu cür şeyləri təbii qarşılamalıdır. Əgər qüsl etmək lazımdırsa, edilməlidir. İnsan bundan çəkinməməlidir. Çünki əgər yersiz yerə utanıb çəkinmə olsa, məsələ daha da qəlizləşər. Ona görə də: “Mən yuyunacağam”, – deyə, birbaşa hamama getmək lazımdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.