Müsəlmanlar
Dövlət təşkilatına tapşırıqla işə girmək olar?

Dövlət təşkilatına tapşırıqla işə girmək olar?

Sual: Bir dövlət təşkilatına müsahibə yolu ilə işçi qəbul olunacaq. Müsahibədə iştirak edən namizədlərin hamısı eyni ixtisas üzrə məzundur. Onlar keçid balını toplayıblar. Beləcə, müsahibədə iştirak etmək hüququ əldə ediblər. Sualım budur: Bu mərhələdə araya kimi isə qoymaq, yəni, tanışlıqla işə girmək olar? Din bu məsələyə necə yanaşır?

Cavab: Xeyr, olmaz. Bununla əlaqədar Allah Təala belə buyurub:

“Allah əmanətləri əhlinə verməyinizi və insanlar arasında hökm verdiyiniz vaxt ədalətli hökm verməyinizi əmr edib. Allah sizə nə yaxşı öyüd verir. Allah eşidir və görür”. (Nisa, 4/58)

Bu səbəbdən dövlət təşkilatına işə qəbulu təşkil edənlər ədalətli olmalıdırlar. Həmin işə girmək istəyənlər də ədalətli olmalı, hüquqa əsasən hərəkət etməlidirlər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.