Müsəlmanlar

“Üç işdən ötrü Ərəbləri sevin” deyə bir hədis var?

Sual: “Həzrəti Muhəmməddən: “Mən Ərəbəm. Cənnətin dili də Ərəb dilidir”, - deyə, bir hədis eşitdim. Bu rəvayət nə dərəcədə düzgündür?

Cavab: Bəzi hədis kitablarında olan rəvayət belədir:

أحبوا العرب لثلاث لأني عربي والقرآن عربي وكلام أهل الجنة عربي

“Bu 3 işdən ötrü Ərəbləri sevin: Çünki mən Ərəbəm, Quran Ərəbcədir və cənnətdəkilərin dili Ərəb dilidir.” ((Hakim, əl-Müstədrək, 4-cü cild, s. 87, Beyhəqi, Şuabul-İman, 3-cü cild, s. 34.))

Əhməb b. Hənbəlin bu rəvayəti “zəif” gördüyü, Uqaylinın “münkər”“əsli yoxdur”, Zəhəbinin isə “saxta” dediyi qeyd edilib.

Mühəddislərin istər bu ifadələri, istərsə də fərqli rəvayətlərin gəldiyi yollarla əlaqədar qiymətləndirmələri haqqında ətraflı məlumat üçün baxın: Heysəmi, Məcmauz-Zəvaid, 10-cu cild, s. 25; Zəhəbi, Təlxisu Kitabil-Məvzuat, 1-ci cild, s. 92; Suyuti, əl-Ləalil-Masnua, 1-ci cild, s. 404-405; Fəttani, Təzkirətul-Məvzuat, 1-ci cild, s. 112; İbn Ərrak, Tənzihüş-Şəria, 2-ci cild, s. 30-31; Şəvkani, əl-Fəvaidül-Məcmua, s. 413; Acluni, Kəşfül-Xəfa, 1-ci cild, s. 54-55.

Həmçinin cənnətdə hansı dilin danışılacağı mövzusunda Quranda və səhih sünnədə bir sübüt yoxdur. Bu səbəbdən yuxarıdakı rəvayətə baxaraq bu mövzu haqqında danışmaq doğru deyil.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.