Müsəlmanlar
“Sünnəmi əhya edənə yüz şəhid savabı var” hədisi mötəbərdir?

“Sünnəmi əhya edənə yüz şəhid savabı var” hədisi mötəbərdir?

Sual: “Ümmətimin pozulduğu vaxt kim sünnəmə sahib olsa, ona yüz şəhid savabı yazılar” hədisi düzdür?

Cavab: Səhih hədis məbələrində olmayan bu rəvayət müxtəlif mənbələrdə İbn Abbas və Əbu Hureyrə kimi səhabələrə istinad edilərək belə yer almaqdadır.

تَمَسَّكَ بِسُنَّتِي عِندَ فَسادِ أُمَّتِي فَلهُ أَجْرُ مِائِةِ شَهيدٍ

“Kim ümmətimin fəsadı vaxtında sünnəmə sahiblənsə, ona yüz şəhid savabı var.”

  اَلْمُتَمَسِّكُ بِسُنَّتِى عِنْدَ فَسَادِ اُمَّتِى لَهُ اَجْرُ شَهِيدٍ

“Ümmətimin fəsadı vaxtında sünnəmə sahiblənənə bir şəhid savabı vardır.” ((Təbərani, əl-Mucəmul-Əvsat, 5-ci cild, s. 315, hədis nömrəsi 54144; Münavi, Feyzul-Qədir, 6-cı cild, s. 339, hədis nömrəsi 9171.))

Bu rəvayətlər hədis alimləri tərəfindən sənəd baxımından “zəif” və raviləri “məchul” (naməlum) hesab edilir. ((Bax. İbn Adiy, əl-Kamil fi Duafair-Rical Beyrut, Darul-Fikr, 1998/1409, 2-ci cild, s. 327; İbn Həcər əl-Əsqəlani, Lisanül-Mizan, Beyrut, 1986/1406, 2-ci cild, s. 246.))

Yuxarıdakı rəvayətlərdə “sünnə” ilə nəzərdə tutulan peyğəmbərin izlədiyi yol yəni, Quran yolu, İslam yoludur. Bu səbəbdən biz müsəlmanlar sadəcə çətin vəziyyətdə deyil, həmişə o yola bağlanmalıyıq ki, qurtuluşa çata bilməyimiz mümkün olsun.     

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.