Müsəlmanlar
Kişilər saçlarını uzada bilərlər?

Kişilər saçlarını uzada bilərlər?

Sual: Kişilərin saçlarını uzatmaları dini cəhətdən necə qiymətləndirilir?

Cavab: İslam dinində kişilərin saçlarını uzatmalarını qadağan edən bir hökm yoxdur. Səhih hədislərdə peyğəmbərin saçlarının qulağının yarısına və ya çiyninə qədər gəldiyi ifadə edilir.

“Nəvəvinin bildirdiyinə asasən hədislər arasındakı bu fərqlilik peyğəmbərin saçı müxtəlif vaxtlarda fərqli uzunluqda olmağından irəli gəlir. Yəni, saçları uzandığı vaxt çiyninə qədər gəlirdi. Kəsdirdiyi vaxt isə qulağının yarısına qədər olurdu. Müxtəlif vəziyyətlərdəki görünüşü fərqli rəvayətlərə səbəb olub.

Peyğəmbərin saçının həmişə eyni səviyyədə olmaması saç formasının riayət ediləcək bir sünnə olmadığına dəlalət edir.” ((Sünən-i Əbu Davud Tərcümə və Şərhi, Necati Yeniəl, Hüseyin Kayapınar, Necat Akdəniz, Şamil Nəşriyyat, İstanbul, 1989, c. 14, s. 257.))

Geyim-kecim, saç və saqqal kimi məsələlərdə peyğəmbərin bizə öyrətdiyi iki şey var:

1. Təmizlik. Yəni, saç uzadılacaqsa, mütləq təmiz olmalı, yəni, baxımlı olmalıdır.

2. Müsəlman olmayanlara oxşamamaq. Xüsusilə saçın kəsim şəkli müsəlmanı müsəlman olmayana oxşadırsa, ondan da qorunmaq lazımdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.