Sual: Biz bilirik ki, şirkdən başqa günahlar bağışlanacaq. Bəs o biri dünyaya bəndə haqqını tapdamış olaraq girənlərin vəziyyəti necə olacaq?
Cavab: Təbii ki, bəndə haqqı məsələsi çox vacibdir. Gəlin, Qurana müraciət edək. Əsas məsələ Allahın hüzuruna şirk günahı ilə getməməkdir. Demək istəyirəm ki, bəzi insanlar bəndə haqqı məsələsini həddindən artıq şişirdirlər. Bu cür ifrata varmalar baş verir.
Leyl surəsinin 17-ci ayəsində deyilir ki, özünü qoruyan cəhənnəmdən uzaq qalacaq. Malını verən və özünü yetişdirən də. Yanında, boynunda heç kimsəyə ödəyəcəyi bir şey qalmayan. Borcu olmayan. Əgər borcun varsa, peyğəmbər (s. a. v.) bildirib ki, burada borcunu necə verirsənsə, orada da savablarla verəcəksən.
Odur ki, bəndə haqqı insanı bu baxımdan Cəhənnəmə apara bilər. Bununla belə, əgər müşrik deyilsə, yenə də oradan xilas ola bilər.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.