Müsəlmanlar

Allahın zahir və batin olmağı nə deməkdir?

Sual: Sual: Hədid surəsinin 3-cü ayəsində bəhs edilən Allahın “zahir” və “batın” olmağından məqsəd nədir?

Cavab: Bu məsələ ilə əlaqədar ayə belədir:

هُوَ الْأَوَّلُ وَالْآخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

“Əvvəl də Odur, axır da. Açıq olan da Odur, gizli olan da. O, hər şeyi biləndir.” (Hədid, 57/3)

əz- Zahir adının məsdəri olan “zühur” lüğətdə açıq olmaq, aşkar olmaq, görülmək, şahid olmaq mənaları verdiyi kimi, əl-Batin sözünün məsdəri olan “butun” də lüğətdə gizli olmaq, bilmək, bir şeyin iç üzünü və sirlərinə vaqif olmaq kimi mənalara gəlir. ((Baxın: İbn Mənzur, Lisanul Arab (ظهر bəndi), 4-cü cild, s. 520; (بطن maddəsi) 13-cü cild, s. 52.))

Zahir və batinlə eyni kökdən törəmiş sözlərin Quranda keçdiyi  ayələrdən bəziləri üçün baxın: Ənam, 6/151; Əraf, 7/33; Tövbə, 9/33; Kəhf, 18/20, 22, 97; Rum, 30/7, 41; Loğman, 31/20; Səbə, 34/18; Hədid, 57/13; Cin, 72/26.

Əbu Hüreyrədən (r. a.) Muhəmməd peyğəmbərin (s. a. v.) yatmazdan əvvəl edilməsini tövsiyə etdiyi bir dua nəql olunur. Peyğəmbərin nəql edilən bu duadakı sözləri də əz-Zahirəl-Batin adlarının başa düşülməsi baxımından əhəmiyyətlidir. Əlaqədar ifadələr belədir:

“Allahim sən əvvəlsən, səndən əvvəl heç bir şey yoxdur; sən Axirsən, səndən sonra da heç bir şey yoxdur. Sən Zahirsən, fövqündə/üstündə heş bir şey yoxdur; sən Batinsən, dununda (səndən kənar/səndən yaxın) heç bir şey yoxdur.” ((Müslüm, Zikir, 17(61/2713,); Əbu Davud, Ədəb 107.))

Müslümün Səhihini şərh edən İmam Nəvəvinin şərhləri də diqqət çəkicidir. O, Allahın Zahir olmağından məqsədin qəhhar, güclü, qalib, tam qüdrət sahibi olması; Batin olasından məqsədin də gizli hər şeyi və yaradılmışların hər şeyini bilməsi olduğunu bildirir. ((Baxın: İmam Nəvəvi, Səhihi Müslüm bi-Şərhi-n-Nəvəvi, 2-ci nəşr, Beyrut: Daru İhyait-Türasil-Arabi, 1392, 17-ci cild, s. 36.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.