Sual: Bəziləri deyirlər ki, Qurban bayramı günlərindəki təşriq təkbirləri xüsusi bir qaydada – müəyyən bir bəstə və avazla deyilməlidir. Bu nə dərəcədə düzdür?
Cavab: Peyğəmbərimizin dövründə belə bir şey olmayıb. Başqa cür desək, təkbir hansısa bir məqamda oxunmayıb, hansısa bir bəstə və melodiya olmayıb.
Unutmamaq lazımdır ki, təkbir Allah Təalanın böyüklüyünü hiss etmək, “Allah ən böyükdür” demək məqsədi daşıyır. Yəni, təkbir gətirən insan üçün belə olmalıdır.
Odur ki, siz də təkbiri öz adi səsinizlə gətirin. Əgər məsələnin musiqi cəhətinə qapılsanız, təkbirdən bir zövq duya bilməzsiniz. Beləcə, təkbirin məğzi aradan qalxır. Sizə qalan isə təkcə o musiqi olur.
Halbuki, burada əsas məsələ “Allah ən böyükdür. Ondan başqa ilah yoxdur” fikrini daxilən hiss etməkdir.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.