Sual: Vəkalət yolu ilə qurban kəsmək olar? Məlumdur ki, Afrika ölkələrində və başqa yerlərdə qurban kəsdirən təşkilatlar var. Qurbanı həmin təşkilatlara bağışlamaq olar?
Cavab: Bu məsələnin 2 cəhəti var: 1-ci sual budur: “Vəkalətlə, yəni, başqasının adına qurban kəsmək mümkündür?” Bəli, mümkündür. Çünki həzrəti Muhəmməd (s. a. v.) də Vida həccində xanımlarının adına qurban kəsib. Əlavə olaraq, peyğəmbərimiz qurbanlarının bir qismini özü kəsib, digərlərini də həzrəti Əli (r. a.). Deməli, bir nəfərin qurbanını başqa bir nəfər kəsə bilər. Nəticə olaraq, vəkalət yolu ilə qurban kəsmək olar.
Bununla belə, bu məsələdən sui-istifadə edənlər də var. Odur ki, bu məsələdə çox ehtiyatlı olmaq lazımdır. Bəzi təşkilatlar insanlardan pul yığıb gedirlər bir sallaqxanaya. Oradan “qurban kəsildi” məzmunlu bir sənəd alır və pulu öz ciblərinə qoyurlar. Ya da pulları həmin təşkilatın kassasına daxil edirlər. Ona görə də bu məsələyə çox ciddi nəzarət etmək lazımdır.
Burada belə bir məqam da var: Allah Təala varlı-hallı olsa belə, qurban kəsən bir insanın ondan yeməyini buyurur. Bəzi insanlar: “Əşi, qurbanın pulunu verdim, ibadətimi yerinə yetirdim”, – deyə, düşünürlər. Halbuki, əsas olan Allaha ibadət məqsədilə qurbanlıq heyvanı kəsməyin mənəvi zövqünü duymaqdır. Evdəki oğul-uşaq da bu mənəvi zövqü hiss etməlidirlər.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Sualınızla əlaqədar olaraq aşağıdakı keçidlərə də baxın:
http://www.muselmanlar.com/fitvalar/4060.html
http://www.muselmanlar.com/fitvalar/4028.html
http://www.muselmanlar.com/fitvalar/4058.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.