Sual: Son vaxtlarda bəzi adamlar deyirlər ki, Cümə namazının xütbəsi Muhəmməd peyğəmbər tərəfindən namazdan sonra oxunub. Bu söz nə dərəcədə düzgündür?
Cavab: Çox maraqlıdır, insanlar bu nəticəni haradan və nəyə əsasən çıxardırlar?! Quranın Cümə surəsindəki ayədə nə deyilir? Deyilir ki, namaz qılındıqdan sonra yer üzünə dağılın!
Məgər peyğəmbərimiz (s. a. v.) Cümə namazı qılınıb qurtardıqdan və camaat dağılışdıqdan sonra camaata: “Dayanın, getməyin, gəlin sizə xütbə oxuyum!”, – deyirdi?
Bəziləri deyirlər ki, Əməvilərin dövründə bir dəyişiklik olunub; xütbə namazdan əvvələ çəkilib. Guya xütbə namazdan sonra oxunduğu üçün heç kəs gözləmirmiş. Mən də bu insanlara deyirəm ki, belə işlərdən əl çəkin! Öz batil fikirlərinizi kimlərə isə aid etməyin! Sizə sərf etdiyi vaxt Qurançı olursunuz. Sərf etmədiyi vaxt da filan kitabın filan sözünü sanki mötəbər bir söz imiş kimi təqdim edirsiniz!
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.