Müsəlmanlar
Evlilik vasitəsilə əbədi evlənmək qadağası yaranan şəxslər kimlərdir?

Evlilik vasitəsilə əbədi evlənmək qadağası yaranan şəxslər kimlərdir?

Sual: Sizin bu cavabınıza (http://www.muselmanlar.com/fitvalar/1672.html) əsasən evlilik vasitəsilə yaranan bütün qohumluqlar yeznə (kürəkən)-qaynana münasibəti kimi qadın ölsə, yaxud da qadınla kişi boşansalar da, davam edirmi? Bu məsələni ayddınlaşdırmağınızı xahiş edirəm.

Cavab: Evlilik (sihriyyət) vasitəsilə qurulan qohumluq əlaqəsində əbədi evlənmək qadağası olanlar 4 qrupa bölünür:

1) Kişinin ata və babasının xanımları. Bunlar ögey ana və ögey nənələrdir (kişinin doğma anası və ya nənəsi isə qan vasitəsilə yaranan qohumluğa görə haramdır!).

2) Gəlinlər. Bunlar bir kişinin oğlunun və yaxud da nəvələrinin xanımlarıdır. Bir şəxs öz oğlunun, ya da nəvələrinin boşanmış və ya dul qalan xanımları ilə evlənə bilməz.

3) Qaynanalar. Onlar da kişinin arvadının anası və nənələri deməkdir.

4) Anası ilə zifafa girilən ögey qızlar.

Odur ki, bir kişi arvadını boşasa və ya arvadı ölsə belə, yuxarıda sadalanan 4 qrupa daxil olan qadınların heç biri ilə heç vaxt evlənə bilməz.

Bu məsələ ilə əlaqədar bir sual və cavabı ilə burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/2951.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.