Müsəlmanlar

Bankların kredit kartına verdiyi bonus xallar halaldır?

Sual: Bankların kredit kartına verdiyi bonus xalları işlətmək dini cəhətdən düzgündür?

Sual: Siz bir yerdə deyirsiniz ki, kredit kartlarına təyin edilən bonus xalları almaq halaldır. Başqa bir yerdə isə dosent Sərvət Bayındır belə deyir: “Özəl fərdi pensiya sistemində götürülən gəlirə faiz qarışır. Faizdən götürülən gəliri almaq isə halal deyil.” Halbuki bu məsələdə belə bir amil də var: Belə ki, banklar istehlakçıların kredit kartı ilə aldıqları mal və xidmətlərin qiymətini sahibkarlara 1-2 ay keçdikdən sonra ödəyir. Bu müddət ərzində biz istehlakçıların xərclədiyi pulları faizli əməliyyatlarda istifadə edir. Nəticədə bundan pul qazanır. Qazandığı pulun bir hissəsini də kredit kartı istifadəçisi olan müştərilərinə ödəyir. Elə isə aradakı fərq nədir? Pensiya da, bonus xallar da faizdən əldə olunur. Biri dini cəhətdən məqbul olmadığı halda digəri necə ola bilər? Xahiş edirəm, izah edin.

Cavab:  Banklar tərəfindən kredit kartlarına təyin edilən bonus xallarla özəl fərdi pensiya sistemi bir-birindən fərqlidir. Özəl fərdi pensiya sistemində bu sistemə üzv olan şəxs pensiya şirkətinə müəyyən məbləğdə pul köçürür və nəticə etibarilə belə deyir: “Mənim bu pulumu al, faizli əməliyyatlarda işlət və əldə olunan gəliri mənim hesabıma daxil et.”

Digər sistemdə isə bonus xalları alan şəxs o xalları ona verən qurumla heç bir faiz müqaviləsi bağlamır. Aradakı fərq budur.

Suala cavab verdi: Servet Bayındır (İstanbul Universitetinin dosenti, Türkiyə).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.