Müsəlmanlar
Satılan mal alıcı tərəfindən təhvil alınmayanda nə etmək lazımdır?

Satılan mal alıcı tərəfindən təhvil alınmayanda nə etmək lazımdır?

Sual: Atam bizim bağ evimizi bir nəfərə satdı. Bunun müqabilində ondan bir maşın aldı. Ancaq atam evi gizli satıb, müvafiq idarəyə bildirməyib. Atam öləndən sonra bağ evi qanuni olaraq anamla mənə qaldı. Təxminən 12 ildir ki, evin vergi və sairə rüsumlarını ödəməli oluruq. Çünki bağ evi rəsmi qaydada bizim adımızadır. Onu alan adamı arayıb axtarırıq, ancaq tapa bilmirik. Deyilənə görə ölkədən kənarda yaşayır, biri də deyir ki, o adam çoxdan ölüb. Biz bu vəziyyətdə nə edəcəyimizi bilmirik. Karıxıb qalmışıq. Əgər həmin bağ evini satıb indiyə qədər çəkdiyimiz xərci götürsək, olar? Yerdə qalan pulu da bir banka köçürmək istəyirik. Ancaq həmin şəxs ortalıqda olmadığına görə bank 10 ildən sonra pulu öz hesabına daxil edəcək. Bir sözlə, biz bu məsələni necə həll edə bilərik? Xahiş edirəm, bu məsələnin dini cəhətini izah edəsiniz.

Cavab: Bir alış satış əqdində satılan şeyi alıcıya təhvil vermək satıcının borcudur. O malı təhvil almaq da alıcının borcudur. Sizin sualınızdan belə başa düşülür ki, bağ evinizi alan adam onu təhvil almayıb. Çünki daşınmaz əmlakın təslim və təhvili kupçanın verilməsiylə olur.

Sualda ifadə edildiyi kimi, adam neçə ildir üzə çıxmır, malını təslim alıb ona sahib olmur. Əgər onun özü və yaxud bu məsələdə vəkili olan başqa bir şəxslə əlaqə yaratmaq mümkün deyilsə, eyni zamanda bu hal malı satan tərəfi pis vəziyyətdə qoyursa, belə hərəkət etmək lazımdır:

Alış-satış əqdini etibarsız hala gətirib alıcının bağ evi üçün ödədiyi məbləğin o vaxtkı dəyərini onun üzə çıxıb gəlmək ehtimalına qarışı müəyyən qədər saxlamaq lazımdır. Əgər müddət başa çatdıqda yenə gəlməsə, o məbləği onun adından xeyirxahlıq məqsədilə xərcləmək lazımdır. Belə bir vəziyyətdə ən münasib yol budur.

Suala cavab verdi: Servet Bayındır (İstanbul Universitetinin dosenti, Türkiyə).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.