Müsəlmanlar
Kişi öldü. Arvadı və 4 qızı qaldı. Miras nə cür bölüşdürülməlidir?

Kişi öldü. Arvadı və 4 qızı qaldı. Miras nə cür bölüşdürülməlidir?

Sual: Bir kişi təzə ölüb. Arvadı və 4 qızı var. Kişinin qardaşları da var. Belə olan halda, onun miras mallarından qardaşlarına (uşaqlarının əmiləri) nəsə düşür? Qızların hamısı ərdədir. Miras nə cür bölüşdürülməlidir?

Cavab: Ölən kişinin arvadı mirasın səkkizdə birini özünə götürməlidir. Yerdə qalanın hamısı (üçdə ikisi fərz (vacib) hissə kimi, qalan üçdə biri də qohumluğa əsasən) qız uşaqlarına çatır. Ölən kişinin uşaqları qız olduqlarına görə miras onların aralarında bərabər qaydada bölünməlidir.

Bunu belə də formullaşdırmaq olar: Bütün miras 32 paydan ibarətdir. Bunun səkkizdə biri olan 4 pay ölənin arvadına çatır. Yerdə qalan 28 paydan hər bir qız uşağı 7 pay alır. Nəticə belə olur: 4+7+7+7+7=32

Qeyd edək ki, ölənin uşağı olduqda qardaş-bacısına miras payı verilə bilməz. Quranın Nisa surəsinin 176-cə ayəsində belə bir şərt qoyulur: Qardaşların ölənə varis olmaqları üçün ölənin vələdi (oğlan və ya qız uşağı) olmamalıdır. Həmin ayə belədir:

“Səndən fitva soruşurlar. De: “Kəlalə məsələsinə dair fitvanı sizə Allah verir. Əgər bir şəxs uşağı olmadığı halda ölsə, bir bacısı qalsa, qoyub getdiyinin yarısı onundur. Əgər uşaqsız ölən qızdırsa, qardaşı onun bütün mirasını alır. Bacılar ikidirsə, mirasın üçdə ikisi onlara çatır. Əgər oğlanlı-qızlıdırlarsa, oğlan iki qızın payı qədər alır. Səhv etməyəsiniz deyə, bunu sizə Allah izah edir. Allah hər şeyi bilir.”

Qızların ərdə olub olmamağının, eləcə də, aralarındakı yaş fərqinin onların miras hüquqlarına bir təsiri yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.