Müsəlmanlar
Maaşla dolananlar fitrə ala bilərlər?

Maaşla dolananlar fitrə ala bilərlər?

Sual: Mən dövlət qulluqçusuyam. Ayda 850 manat məvacib alıram. Ancaq hal-hazırda əlimdə nisab miqdarında pulum yoxdur. Belə olan halda fitrə verməliyəm? Əgər verməli deyiləmsə, fitrə ala bilərəm?

Cavab: Fitr sədəqəsi məsələsində zəkatda olduğu kimi nisab miqdarı şərti yoxdur. Ramazan ayında oruc tutmağa qabil olan hər bir varlı-kasıb müsəlman fitrə verməlidir. Buna fitrə almaq vəziyyətində olan kasıb müsəlmanlar da daxildirlər.

Bu barədə aşağıdakı keçiddə oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/671.html

Fitrə möhtac olanlara verilir. Zəkat və ya fitrə ala bilmək üçün miskin olmaq, yəni, işsiz qalmaq, yaxud da öz dolanışığına çatacaq qədər bir mədaxili olmamaq lazımdır.

Sualınızda qeyd etdiyiniz məlumatlara əsasən sizin gəliriniz yaxşıdır. Odur ki, siz fitrə ala bilməzsiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.