Sual: Ramazan ayında oruc olduğum vaxt dəstəmaz alanda ağız və burnuma su vermək istəmirəm. Belə etdikdə mənə elə gəlir ki, suyu udacam. Beləcə 15 dəqiqə udquna bilmirəm. Dəstəmaz aldıqda ağız və buruna su verməsəm, olar?
Cavab: Bu, vəsvəsə halıdır. Ağzınızdakı syuyu boşaldandan sonra dərhal udqunun və udqunmağa davam edin. Əks halda, şeytan sizi rahat buraxmaz. Qısa desək, bu məsələdə narahat olub xoflanmağa dəyməz.
Yeri gəlmişkən, dəstəmazda ağız və buruna su vermək vacib (fərz) deyil, sünnədir (müstəhəb). Bu səbəbdən bunları tərk etdiyiniz təqdirdə də dəstəmazınız düzgün olur. Lakin yaddan çıxartmamaq lazımdır ki, peyğəmbərimiz oruclu ikən də dəstəmaz vaxtı ağız və burnuna su verib.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.