Müsəlmanlar

Qeyri-iradi olaraq qusan şəxs orucunu poza bilər?

Sual: Mən oruc tuturdum. Qəfildən qusdum. Bu, mənim iradəmin xaricində baş verdi, istəmədən oldu. Belə olan halda orucumu pozub sonra qəza edə bilərəm?

Cavab: Qeyd edək ki, qusmaq orucu pozmur. Odur ki, təkcə bu səbəbə əsasən orucu pozmaq – nəsə yemək-içmək olmaz. Bu, dini cəhətdən məqbul deyil. Ancaq qusandan sonra xəstələnsəniz (halınız pisləşsə), orucunuzu poza bilər, ramazandan sonra da qəzasını tuta bilərsiniz.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də baxın:

http://www.muselmanlar.com/fitvalar/4894.html

Yuxarıda da qeyd etdiyimiz kimi, qusmaq orucu batil etmir:

http://www.muselmanlar.com/fitvalar/3789.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.