Sual: Bir nəfər oruc tutub. Qəfildən dişi möhkəm ağrıyır. O da ağrını kəsmək üçün bir dərman qəbul edir. Belə bir şəxs orucla əlaqədar nə etməlidir?
Cavab: Oruc vaxtı həb (tablet), sirop və burun damcısı kimi ağız və burundan qəbul edilən dərmanları udmaq orucu pozur. Sualınızda qeyd etdiyiniz şəxs xəstə hökmündə olduğuna görə bu hərəkətinə əsasən günahkar olmur. Çünki xəstələrə oruc tutmamağa dair icazə verilib. Bununla belə, həmin şəxsin orucu pozulduğu üçün ramazan ayından sonra 1 gün qəza orucu tutmalıdır.
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də baxın:
http://www.muselmanlar.com/fitvalar/3348.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.