Sual: Ələvi bir nəfərlə sünni bir nəfər evlənə bilər? Mənim bir dostum ələvi birini sevir amma ailəsi onu qəbul etmir. Ələviyə qız vermirlər?
Cavab: Ələvilik ayrı bir din deyil. Özünü müsəlman olaraq bilən, Allahı, peyğəmbəri tanıyan, Quranın bütün hökmlərini qəbul edən və əlindən gəldiyi qədər bunları yerinə yetirən ələvilər var. Evlənməklə əlaqədar digər şərtləri yerinə yetirdiyi təqdirdə belə bir adam ilə evlənməkdə dini cəhətdən hər hansı bir problem yoxdur.
Ancaq özünü ələvi kimi təqdim edib İslamın qoyduğu hökmləri qəbul etməyən, onları (əstəğfirullah!) lazımsız hesab edən və peyğəmbərimiz barədə, əshabələr haqda necə deyərlər, hədyan danışan bir şəxs müsəlman hesab olunmur. Allah bu kimi insanlar haqqında belə buyurur:
“İman gətirənə qədər müşrik qadınlarla evlənməyin. Möminə cariyə (qadın kölə) müşrik qadından əlbəttə ki, yaxşıdır. Ürəyiniz istəsə belə. İman gətirənə qədər müşrik kişilərə qız verməyin. Mömin kölə əlbəttə ki, müşrikdən yaxşıdır. Ürəyiniz istəsə belə. Onlar sizi oda çağırırlar. Allah isə Özünün bildirişi ilə Cənnət və bağışlanmağa dəvət edir. Allah ayələrini insanlara açıqlayır. Bəlkə, ağıllarını başlarına yığalar.” (Bəqərə, 2/221)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.