Müsəlmanlar
Hiperbarik oksigenasiya orucu batil edir?

Hiperbarik oksigenasiya orucu batil edir?

Sual: Hiperbarik oksigen müalicəsi orucu pozur?

Cavab: Həkimlər bildirirlər ki, bu, tibbi bir müalicə üsuludur. Pasiyentlərə bu müalicə metodu tətbiq olunduğu vaxt oksigendən istifadə olunur. Yəni, söhbət burada boğazdan aşağı keçən maye və yə qeyri-maye dərman preparatlarından getmir. Belə çıxır ki, oruc hiperbarik oksigenasiya ilə pozulmur.

QEYD: Hiperbarik oksigen müalicəsi təzyiq otağında tamamilə təzyiq altına alınan xəstəyə müəyyən fasilələrlə 100 % oksigen vermək-onu bununla tənəffüs etdirməklə tətbiq olunan tibbi bir müalicə üsuludur. Bu barədə ətraflı məlumatı tibb sahəsi ilə əlaqədar kitablardan, o cümlədən internet şəbəkəsindən öyrənmək mümkündür.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.