Müsəlmanlar
İman gətirənlərin ruhla gücləndirilməsi

İman gətirənlərin ruhla gücləndirilməsi

Sual: Quranın Mücadilə surəsinin 22-ci ayəsində deyilir ki, “Allah onların ürəklərinə iman salıb və onları Öz dərgahından bir ruhla dəstəkləyib.” Buradakı “ruh ilə dəstəkləmək” ifadəsi nəyi bildirir? Bu ayənin Quranın hansı ayələri ilə birgə oxuyub başa düşmək lazımdır?

Cavab: Bu məsələ ilə əlaqədar ayələr aşağıdakı kimidir:

“Allaha və axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların ürəklərinə iman salıb və onları Öz dərgahından bir ruhla dəstəkləyib. Allah onları içindən çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın tərəfində olanlardır. Yaxşı bilin ki, məhz Allahın tərəfində olanlar nicat tapacaqlar.” (Mücadilə, 58/22)

“Ruh ilə dəstəkləmək” ifadəsi ilə mələklərlə, düzgün biliklə və özünə inamın təmin edilməsi ilə dəstəkləmək nəzərdə tutulur.

Möminlərin mələklərin vasitəsilə dəstəkləndiyini göstərən bəzi Quran ayələri bunlardır:

“O gün Allah belə deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla (Ruhu-l-qüds: Cəbrayıl) qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın.” (Maidə, 5/110)

“Siz zəif olduğunuz halda Allah, Bədrdə sizə yardım etdi. Elə isə Allahdan qorxun ki, bəlkə, şükür edəsiniz. O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mələyin köməyinizə çatması, sizə bəs etmirmi? Əlbəttə, siz səbr etsəniz, (Allahdan) qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər. Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək ancaq qüdrətli və müdrik Allahdandır.” (Ali-İmran, 3/123-126)

“O zaman Rəbbin mələklərə: “Mən sizinləyəm! İman gətirənləri gücləndirin. Mən kafirlərin qəlbinə qorxu salacağam. Vurun boyunların üstünə! Vurun onların hər barmağına!” (Ənfal, 8/12)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.