Sual: Quranda hansı mələklərin adı çəkilir? Bizim 4 böyük mələkdən savayı köməkçi mələklərimiz var? Misal üçün, Quranda Uriel, Sandalfon, Raziel, Raquel, Ceremayel, Samuel və Ariel kimi adlarla mələklərdən danışılır? Bəzi kitablarda, eləcə də, televiziya verilişlərində söz-söhbət gəzir ki, həmin mələklərdən kömək istəmək olar. Bu da bizim dinə dair biliklərimizin qarışmağına gətirib çıxardır. Bu məsələni necə qiymətləndirmək olar?
Cavab: Qurani-Kərimdə, o cümlədən İslam dini ədəbiyyatında 4 böyük mələk kimi məlum olan mələklərdən təkcə Cəbrayıl və Mikayılın adları qeyd olunur. Əzrayıla gəldikdə o, Quranda ölüm mələyi kimi səciyyələndirilir. İsrafildən isə Quranda deyil, hədislərdə danışılır. Əlavə olaraq, Quranda kiramən katibin, muqarrəbun, həfəzə, həməleyi-ərş kimi ifadələrlə Cənnət və Cəhənnəmdəki bəzi mələklərə işarə vurulur. Qulaınızda qeyd etdiyiniz sözlər isə Quran və hədislərdə nə mələk adı kimi, nə də başqa bir şəkildə qeyd olunur.
İslam dininə əsasən mələklərin var olduğuna iman gətirmək imanın əsaslarından biridir. Elə isə hər bir müsəlman buna inanmalıdır. Mələklər hissiyat üzvləri ilə dərk edilə bilməyən, bununla belə, Allahın bildirməyi (vəhy) vasitəsilə haqlarında məlumata malik olduğumuz məxluqlardır.
Qurani-Kərim və peyğəmbərimizin sözlərində mələklərin xüsusiyyət və əməlləri barədə məlumat verilib. Mələklər bu mənada təbiətdəki bəzi hadisələrin baş verməyi üçün Allahın səbəbkar etdiyi məxluqlardır. Onlar Allahın əmr və icazəsi olmadan hansısa bir fəaliyyət göstərə bilməzlər.
İslam dininin əsasını təşkil edən tövhid (Allahın birliyi, Onun təkliyi) prinsipinə əsasən möminlər öz kömək diləkləri və ehtiyaclarını birbaşa Allahdan istəməlidirlər. Eyni prinsipə əsasən möminlər bu mənada heç bir varlığı Allaha vasitəçi edə bilməzlər. Bu məsələ namazların hər bir rükətində oxunan: “Ancaq Sənə ibadət edir və ancaq səndən kömək diləyirik” (Fatihə, 1/4) ayəsində də xüsusi olaraq vurğulanmış, belə bir tələb irəli sürülmüşdür ki, hər bir mömin gündə 5 dəfə bunu yadına salsın. Təbiətdəki hər növ mexanizma Allahın nəzarətindədir. Odur ki, mələklər sadəcə olaraq onlara verilən tapşırığı yerinə yetirirlər.
Allaha vasitəçilərin vasitəsilə çatmaq insanı müşrik edir. Bir möminin öhdəsinə düşən odur ki, bu cür batil inanclardan uzaq olsun.
Suala cavab verdi: Dr. Osman Demir
http://www.muselmanlar.com/fitvalar/4553.html
http://www.muselmanlar.com/fitvalar/4512.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.