Müsəlmanlar

Məzhəblər Qurana qəsdən səhv tərcümə və təfsir veriblər?

Sual: Sizin fikrinizcə məzhəblərin Qurani-Kərimə səhv təfsir və tərcümə verməyi qəsdən olub, yoxsa yox? Ya da onların buna elmi çatmırdı? Başqa bir ehtimal da ola bilər. Bəlkə də, o dövrdə ulu-l-əmr, yəni, dövlət xatirinə belə səhvlərə yol verilib. Bu məsələyə münasibətiniz necədir?

Cavab: Mən bu dərslərdə sizə tez-tez deyirəm ki, bu məzhəblərin belə bir fikri mənimsəməyi mümkün deyil. Çünki səhv ətrafında birləşmək mümkün deyil. Düzgün məsələlərdə həmrəy olmaq mümkündür, səhvlərdə isə deyil. Elə isə belə çıxır ki, bu kimi şeylər müəyyən mütəşəkkil güclər tərəfindən dəyişdirilib. Ümid edirik ki, tarixçilər bununla əlaqədar həqiqətləri üzə çıxardarlar. Hər şey çox açıqdır. Əgər məzhəblərin liderləri olan imam-alimlər İslamın ən qəddar düşmənləri olsaydılar belə, yenə də bu cür səhvlərdə həmfikir olmazdılar. Əlavə olaraq, tədqiq etdikcə məlum olur ki, onlar ciddi surətdə dindar insanlar olublar. Bunu onların öz əsərlərindəki ifadələrindən də başa düşmək olur. Elə isə bu cür güclü əsərlər yazan insanlar elementar səhvlər edərdilərmi?

Bu məsələni bu hala salan Abbasilər olublar. Onların dövründə Abbasi olan insanlar sarayda təcrid edilmiş, xalqla əlaqələri kəsilmişdir. İşləri-gücləri Bərməki və Büveyhilərlə məşğul olmaq olub. Beləcə, Sasanilər İslamdan intiqam alıblar.

Odur ki, biz bu məsələləri təzədən tədqiq etməliyik. Sizə bir misal verim: Bir az bundan qabaq bir nəfər gəlib məndən üzr istədi. Dünən bizdən yazılı bir sual soruşub, biz də dərhal cavab verməmişik. O da əvvəlcə bundan narazı olduğunu bildirdi, sonra əsl məsələni başa düşüb üzr istədi. Demək istəyirəm ki, bizim tədqiqatlarımız 2 dəqiqədə ərsəyə gəlmir, hamısı uzun illərin məhsuludur.

İnşallah hamımız birlikdə çox böyük bir tədqiqat mərkəzi qurarıq. Mən belə inanıram ki, Süleymaniyyə əl yazmaları kitabxanasında (dünyanın bu sahədəki ən əhəmiyyətli kitabxanasıdır) ciddi bir tədqiqat aparılsa, bu məsələlərin həqiqi tərəfi üzə çıxar. Çıxsa da, çıxmasa da, Allaha şükür, əlimizdə Allahın kitabı və peyğəmbərimizin (s. a. v.) hədisləri var. Təəssüf ki, indi insanlar hədis düşməni kimi tərbiyə olunurlar. Nə edək, belə şeylərin baş verməyi təbiidir. Əsas odur ki, həqiqətləri ifadə edən insanlar olsun.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.