Müsəlmanlar

Allah Özü barədə nə üçün: “Biz” deyir?

Sual: Quranın bir sıra ayələrində Allah Özü barədə: “Biz” deyir. Bunun səbəbi nədir?

Cavab: Bu, Ərəb dilinə məxsus olan bir ifadə formasıdır. Bu ifadə güc-qüvvə, ehtişam və əzəməti bildirir.

Vurğulanmalı olan əsl fikri ifadə etmək üçün istifadə edilən bu metod əslində bizim dilimizdə də var. Belə ki, bir nəfərin gördüyü gözəl və faydalı bir işi təqdir etmək üçün: “Ay maşallah! Sən nə qədər gözəl bir iş görmüsən!” – dedikdə həmin şəxs bundan şad olduğunu bildirmək məqsədilə və özü tək olmağına baxmayaraq: “Əşi, bu bizik də, biz beləyik!” – kimi cümlələr işlədir. Burada insanın ağlına gələn ilk şey öyünüb lovğalanmaqdır. Amma Ərəb dilində belə deyil, sadəcə olaraq əzəmət və ehtişamı bildirir.

Qısa desək, bu ifadə təklik-çoxluq mənası bildirmir, güc-qüvvəni bildirir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.