Müsəlmanlar

Mollalar nə üçün ölüyə təlqin edirlər?

Sual: “Sən qəbirdəkilərə eşitdirə bilməzsən” (Fatir, 35/22) ayəsi ola-ola mollalar nə üçün ölüyə təlqin verirlər?

Cavab: Bu kimi şeylər düzgün deyil. Onları qəbul etmək olmaz. Bir insan dünyasını dəyişdiyi vaxt onun əməli kəsilir. Bununla əlaqədar peyğəmbər hədisi var:

“İnsan öldüyü vaxt onun əməli kəsilir ancaq 3 şey istisnadır:

1) Ondan qalan sədəqeyi-cariyə, yəni, uzun müddət qalan bir xeyirli əməl əsəri;

2) Fayda əldə edilən elm;

3) Onun özünə xeyir-dua edən yaxşı övlad”. (Müslim, Vəsiyyət, 14 (1631).)

Əlavə olaraq baxın: Əbu Davud, Vəsaya, 14; Tirmizi, Əhkam, 36; Nəsai, Vəsaya, 8.

Əlavə olaraq, Quran ayəsi də var:

“Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq.” (Nisa, 4/18)

Deməli, ayədə deyildiyi kimi yaşadıqdan sonra can üstündə olanın tövbəsi belə, qəbul edilmirsə, öldükdən sonra daha nə olmalıdır? Bununla hər şey qurtarır.

Bəzi mollalar gedib qəbir üstündən ölüyə öz rolunu yaxşı oynasın deyə, suflyorluq edirlər! Sanki Allah o ölüyə qarşı xoşagəlməş bir şeyə yol verəcəkmiş kimi!

Belə şey olmaz. Bunlar düzgün deyil.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.