Müsəlmanlar
Bir nəfər faizdə saxladığı pulla atasının kredit borcunu qaytara bilər?

Bir nəfər faizdə saxladığı pulla atasının kredit borcunu qaytara bilər?

Sual: Mənim atamın banka borcu var. Özümün də bankda pulum var, faizdədir. Faiz almaq da, vermək də haramdır. Buna görə də həmin pulu işlətmirəm. Elə isə onunla atamın kredit borcunu qaytara bilərəm? Belə etsəm, dini cəhətdən düzgün olar?

Cavab: Pulu banka faizə vermək də, bankda faizlə kredit götürmək də haramdır. Odur ki, bankda faizə buraxılan pulu dərhal almaq, faizini də heç bir təmənna gözləmədən kasıblara, eləcə də, müsibətə məruz qalanlara xərcləmək lazımdır. Beləcə, o pulu əldən çıxartmaq lazımdır.

Faiz pulunu alıb yeməklə əvvəllər yaranmış bir borcu onunla qaytarmağın arasında fərq yoxdur. Bununla belə, vəziyyət sualınızda qeyd etdiyiniz kimi pisdirsə, tezliklə xilas olmaq üçün hər şeydən əvvəl faizli borcu qaytarmaq lazımdır. Bunun üçün isə bankdan təkcə pulun faizini deyil, hamısını almaq, faizli borcu tamamilə qaytarıb qurtarmaq, sonra da borcun qaytarılması üçün xərclənən faiz pulu qədər pulu münasib yerlərə xərcləmək lazımdır. Beləcə, bu məsələdəki dini cavabdehlik yerinə yetirilə bilər.

Suala cavab verdi: Servet Bayındır (İstanbul Universitetinin dosenti, Türkiyə).

26.06.2012

Sualınızla əlaqədar olaraq aşağıdakı keçidlərə də baxın:

http://www.muselmanlar.com/fitvalar/1083.html

http://www.muselmanlar.com/fitvalar/1085.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.