Müsəlmanlar

Müvəqqəti formada içkili bir yerdə işləmək olar?

Sual: Mən manıs kimi fəlaiyyət göstərirəm. İçkili yerlərdə işləyirəm. Başqa iş görüb ailəmi dolandırmağım qeyri-mümkündür. Bununla belə, haram yemək məndə peşmanlığa səbəb olur. O biri dünyada harada və nə cür qazandığıma dair suala verəcəyim cavab məlumdur. Əslində ailəm mənə kömək edə bilər. Ancaq müəyyən səbəblərə görə buna yaxşı baxmırlar. Xahiş edirəm, mənə bir məsləhət verəsiniz. Mən nə edim?

Cavab: Özünüzə başqa bir iş tapmağa çalışın. Sualınızda “qeyri-mümkün” ifadəsini işlətmisiniz. Nəzərə alın ki, başqa bir iş tapmaq qeyri-mümkün deyil. Əgər arayıb axtarsanız, taparsınız. Əks təqdirdə, vaxt keçdikcə psixologiyanız pozula bilər. Şeytan sizi lap pis sahələrə çəkə bilər. Sizi başqa pis işlər görməyə vadar edər.

Təzə bir iş tapana qədər həmin işdən pul qazanmağa davam edə bilərsiniz. Qazandığınız həmin pul da zərurət səbəbinə görə sizə haram olmaz. Ancaq bunun şərti başqa bir iş tapmağa çalışmaqdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.