Sual: Həzrəti Hüseyn xilafətin səltənətə çevrilməsinə zidd çıxıb bilə-bilə ölümə getdi? Allah yolunda döyüşmək də bir növ intihar deyilmi? Həzrəti Hüseyn də qardaşı həzrəti Həsən kimi razılığa gəlməmişdi? Bu barədə nə deyərdiniz?
Cavab: Hər şeydən əvvəl qeyd edim ki bu, kiminsə düzgün hesab edəcəyi bir hadisə deyil, vicdanı olan hər kəsin ürəyini yandıran bir hadisədir. Çünki o hadisə zamanı çox pis şeylər baş verib. Belə ki, həzrəti Hüseynə tələ qurulub.
Həzrəti Hüseyn həzrəti Həsən kimi nə üçün razılığa gəlməli idi? Həzrəti Həsənə verdikləri sözlərin hansı birini yerinə yetirdilər ki?!
Hər nəysə, həzrəti Hüseyn də bir insandır. Doğruları da ola bilər, səhvləri də. Biz, insanlara ilahi vəsflərdən birini verib, ona məsumiyyət verərək onu bəşər olmaqdan çıxara bilmərik. Bu, insanı şirkə götürən təhlükəli bir yoldur. Artıq Hüseyn əleyhissəlam həyatda deyil, vəfat edib. Allah Təalanın dərgahına gedib.
Bu məsələnin səhv cəhəti bizim bu məsələ ətrafında mübahisə etməyimizdir. Quranda belə deyilir:
“Onlar bir ümmət idi ki, gəlib getdi. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-sual olunmayacaqsınız.” (Bəqərə, 2/141)
Odur ki, Allah bizdən əvvəlkilərin haqq-hesabını bizdən soruşmayacaq. Burada əsas səhv bu mübahisəni qızışdırmaq, necə deyərlər, müsəlmanlar arasında nefrəti alovlandırmaqdır.
İndi: “Ləbbeyk ya Hüseyn” deyib başlarını yarırlar, yolurlar. Bu nə deməkdir? Bu, bir şirkdir; Allaha şərik qoşmaqdır. “Ya Allah” demək lazımdır. Diri olan Allahdır. Həzrəti Hüseyn vəfat edib.
Bir məsələ də var: İstismar olunanlar, sui-istifadə edilənlər həmişə yaxşı insanlardır. Pis insanların sui-istifadə edilə bilən cəhətləri yoxdur. Məzlumları müdafiə edənlər, həmişə yaxşı görülür. Bu səbəblə müsəlman gözükən məcusilər, bundan istifadə edib müsəlmanlar arasındakı külü həmişə alovlandırırlar.
Bəzi insanlar həzrəti Əlidən istifadə etdilər. Çünki çox qiymətli bir səhabidir. Abdulla ibn Abbasdan da istifadə etdilər. Peyğəmbərimizin nəvələri olan həzrəti Həsən və həzrəti Hüseyndən də sui-istifadə etdilər.
İstismar edənlər etsinlər. Bizim borcumuz Qurani-Kərimə tabe olmaqdır. Quranda nə həzrəti Həsən var, nə həzrəti Hüseyn var, nə Kərbəla hadisəsi, nə də Məhərrəmlik. Allahın əmr və qadağaları buradadır. Yəni, kimlərinsə yenidən hakimiyyətə gəlmək üçün bəzi qiymətli insanlardan sui-istifadə etməyinin bizə dəxli yoxdur. Onlar bunun haqq-hesabını özləri verəcəklər.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.