Müsəlmanlar
Ənam surəsinin 38-ci ayəsindəki dabbə sözünün mənası nədir?

Ənam surəsinin 38-ci ayəsindəki dabbə sözünün mənası nədir?

Sual: Quranın Ənam surəsinin 38-ci ayəsinin mənasını başa düşmək üçün bütün Quran tərcümələrinə baxıram. Orada deyilir ki, heyvanlar da sizin kimi bir ümmətdir. Məgər həmin ayədəki “heyvanlar” sözü “məxluq” kimi tərcümə edilməli deyil?

Cavab: Gəlin, hər şeydən əvvəl ayənin orijinalına nəzər salaq:

وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ وَلَا طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّا أُمَمٌ أَمْثَالُكُمْ ۚ مَا فَرَّطْنَا فِي الْكِتَابِ مِنْ شَيْءٍ ۚ ثُمَّ إِلَىٰ رَبِّهِمْ يُحْشَرُونَ

Burada ‘dabbə’ sözünü məxluq kimi tərcümə etmək düzgün deyil. Çünki bu sözün mənası hərəkət edən varlıqlar deməkdir. İnsana da bu mənada dabbə deyilir. Mələklərə və heyvanlara da dabbə deyilir. Bir sözlə, dabbə bunların hamısını əhatə edir. Bu məlumatlara əsasən ayənin həmin hissəsinin tərcüməsi belə olmalıdır:

“Yer üzündəki bütün canlılar və iki qanadı ilə uçan varlıqlar sizin kimi ümmətdirlər.”

Yəni, heyvanlar və quşlar öz aralarında bir cəmiyyət formalaşdırırlar. Son vaxtlarda aparılan elmi tədqiqatlar da bunu göstərir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.