Müsəlmanlar
Vaxt namazını qılan şəxs hələ qıla bilməyənlərə qıldıra bilər?

Vaxt namazını qılan şəxs hələ qıla bilməyənlərə qıldıra bilər?

Sual: Mənim atam yataq xəstəsidir. Biz cəm halda namaz qılanda o da işarə vasitəsilə qılır. Birdən elə olur ki, mən namazlarımı evdə deyil, məsciddə və ya başqa bir yerdə qılıram. Bu hallarda atam vaxt namazını qıla bilmir. Mən evə qayıdanda əgər vaxt çıxmayıbsa, artıq qılmış olduğum vaxt namazını atam da qılsın deyə, təzədən qıla bilərəm?

Cavab: Təbii ki, olar. Bir dəfə səhabələrdən bir nəfər (indi adını yadıma sala bilmirəm) xüftən (işa) namazını həzrəti Muhəmmədlə (s. a. v.) birgə qılıb. Sonra yaşadığı məhəlləyə gedib. Oradakı müsəlmanlara da xüftən namazını qıldırıb. Siz bu cür edə bilərsiniz. “Allah rizası üçün namaz qılmağa niyyət edirəm” deyib namaz qıla və qıldıra bilərsiniz. Beləcə, atanız da namazda sizə iqtida edə bilər.

Bir sözlə, eyni namazı təzədən qılmaq və qıldırmaq olar.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.