Sual: Əgər ər tündxasiyyətdirsə, qadın iddə müddətini başqa bir evdə gözləyə bilər?
Cavab: Quranın Talaq surəsinin 6-cı ayəsində bildirilir ki, “Onlara (gözləmə müddətləri başa çatanadək) imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin. Sıxışdırmaq məqsədilə onlara zərər yetirməyin (o yeri onların başına dar etməyin). Yəni, kişi qadına təzyiq göstərməməlidir.
Əgər buna baxmayaraq kişi tərəfindən qadına təzyiq göstərilirsə, bu məsələyə necə deyərlər, bəlkə, kişi yola gələr deyə, bir əl atmaq lazım olur. Bu da öz növbəsində məhkəmənin işidir. Əgər bu mümkün deyilsə, qadın məcburiyyət ucbatından o evdən çıxa bilər. Lakin bu Allah tərəfindən qətiyyən istənməyən bir haldır. Çünki çıxıb getdiyi vaxt problem çox böyüyür. Qadın ata-anasının yanına getdikdə onlar da işə qarışırlar. Nəticədə vəziyyət daha da pisləşir: Təzədən qurulmaq ehtimalı olan ailə artıq pozulur.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.