Sual: Namazda təhiyyatın əvəzinə surə və ayələr oxumaq olar?
Cavab: Xeyr, olmaz. Bu cür səhv sözlər danışanlara qulaq asmayın. Elə bu bəsdir.
Təəssüf ki, dini sahədə bəziləri tərəfindən verilən çoxlu səhv məlumat var. Müsəlmanlar bir növ səhv məlumat bombardmanına məruz qalırlar. Deyirlər ki, təhiyyat duasındakı: “Sənə salam olsun ey peyğəmbər” ifadəsi var, amma peyğəmbər indi həyatda deyil; elə isə kimə salam veririk?
Belə deyənlər hər bir dilin öz qayda-qanunları və ifadə tərzi olduğunu, o cümlədən Ərəb dilinin qaydalarını bilmirlər. “Əs-Salamu aleykə” deyən bir nəfər Ərəb peyğəmbərin o anda qabağında olduğunu təsəvvür etmir. Bu, bir ifadə formasıdır. Belə olsa belə, burada bir ibadət motivi yoxdur. Burada şirkdən də söhbət gedə bilməz. Odur ki, namazda təhiyyat duasının əvəzinə surə və ayə oxumaq olmaz.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Bu keçidlərə də baxın:
http://www.muselmanlar.com/fitvalar/3422.html
http://www.muselmanlar.com/fitvalar/3311.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.