Müsəlmanlar

Qadın özü boşananda da 3 iddə müddəti gözləməlidir?

Sual: Qadın özü istəyib boşandığı vaxt da kişinin boşadığı vaxtlardakı kimi iddə müddəti gözləyir? Dində belə qayda var?

Cavab: Qadın ərindən ayrıldığı vaxt gözləmə müddəti deyilən bir şey olmur. Bu, kişinin öz arvadını boşadığı halda qüvvədədir və burada məqsəd problemlərin aradan qaldırılması və ailənin təzədən qurulmağıdır.

Lakin qadın ərindən boşanmaq istədiyi vaxt araya hakimlər girir. Buna görə də əgər onları barışdırmaq imkanı varsa, barışdırırlar. İmkan olmadığını gördükdə: “Artıq siz bir-birinizdən ayrılın”, – deyirlər və təbii ki, ər-arvadın bu mərhələdən sonra bir yerdə olmağı lazım olmur.

Boşanma məsələsində qadının iddə gözləməyinin onun hamilə olub olmaması ilə bir əlaqəsi yoxdur. Bəzi insanlar bunun belə olduğunu düşünürlər. Bunun hamiləliklə heç bir əlaqəsi yoxdur. Bunlar sadəcə ailənin təzədən qurulmağı üçün psixoloji və sosial şərtləri hazırlayır.

Odur ki, qadın özü boşandığı vaxt dərhal ərinin evini tərk edə bilər. Daha doğrusu, artıq tərk etməlidir.

Əgər bu qadın 2-ci dəfə ərə getmək istəsə, 1 iddə müddəti gözləməlidir. Bununla (1 dəfə aybaşı görüb təmizləndiyi vaxt) da onun hamilə olub olmadığı üzə çıxır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.