Müsəlmanlar

Allah “Furqan” adlı müstəqil bir kitab nazil edib?

Sual: Quranın Ali-İmran surəsinin 4-cü və Furqan surəsinin 1-ci ayəsində furqan sözü işlədilib. Bu söz Allah tərəfindən ayrı nazil edilən bir kitabı bildirir? Yəni, belə bir kitabdan söhbət gedə bilər?

Cavab: Furqan ayrı nazil edilmiş bir kitab deyil. Ərəb dilində furqan sözünün mənası düzgün olanla səhv olanı bir-birindən ayırd edən deməkdir.

Tutalım ki, bir-biri ilə razılığa gələ bilməyən 2 nəfər sizə müraciət edirlər. Aralarındakı münaqişəni həll etmək üçün sizi bir növ hakim təyin edirlər. Əgər siz həmin məsələdə düzgün nəticəyə gəlib: “Bu məsələdə sən haqlı, sən isə haqsızsan”, – deyirsinizsə, deməli, gördüyünüz bu iş furqandır. Odur ki, furqan haqq və batili bir-birindən ayırmaq deməkdir.

Bu, bütün ilahi kitablarda var və digər adı hikmətdir. Yəni, düzgün hökm, düzgün hökmün mənbəyi.

Nəticə olaraq furqan Allahın endirdiyi bütün kitablarda olan hikmətin başqa sözlə ifadəsi deməkdir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.