Müsəlmanlar

Əqiqənin hökmü

Sual: Τəzə dünyaya gələn körpələr üçün kəsilən əqiqə qurbanının hökmü nədir?

Cavab: Uşaq doğulduğu üçün Allaha şükür məqsədilə kəsilən qurbana əqiqə qurbanı deyilir.

Əqiqə (العقيقة) Ərəb dilində təzə doğulan uşağın başındakı tükə deyilir. Əqiqə qurbanı kəsildiyi gün uşağın saçı qırxıldığına görə belə adlandırılıb.

Həzrəti Muhəmməd (s. a. v.) Allah şükür etməyin ifadəsi kimi kəsilən bur qurban haqqında nəsikə sözünü işlədib. Bu da öz növbəsində itaət və ibadət mənaları daşıyan nüsuk kökündən yaranmış bir sözdür. ((Muvatta, Əqiqə, 1; Nəsai, Əqiqə, 1; Əhməd ibn Hənbəl, Müsnəd, 2/182.))

Həzrəti Aişənin nəql etdiyinə görə peyğəmbərimiz nəvələri həzrəti Hüseyn və həzrəti Hüseyn doğulmaginin 7-ci günü əqiqə qurbanlarını kəsmiş və onlara ad qoymuşdur. ((Təcridi-sərih tərcüməsi, 11-ci cild, s. 401.))

Əlavə olaraq, peyğəmbərimiz məsləhət görüb ki, Cahiliyyə dövründə təkcə oğlan uşaqları üçün kəsilən bu qurban qız uşaqları üçün də kəsilsin.

Maliki, Şafei və Hənbəli məzhəblərinə əsasən bu qurbanı kəsmək sünnədir. Hənəfi məzhəbində isə mübah, bəzi mənbələrdə də məndub hesab olunur. Buna əsasən əqiqə qurbanı kəsdirməyən şəxs günahkar olmur.

Cəfəri məzhəbində əqiqə qurbanı kəsmək vacib hesab olunsa da, qeyd olunur ki, bu qurbanı kəsdirməyə imkanı olmayanlara heç bir günah yoxdur.

Əqiqə qurbanı uşağın doğulduğu gündən həddi-büluğ dövrünə qədər kəsilə bilər. Bununla belə, doğulduqdan sonrakı günlərdə, xüsusilə də ilk 7 gün ərzində kəsmək daha yaxşıdır. Yəni, bu müstəhəb bir əməl hesab olunur.

Əqiqə qurbanını ətini qohum-əqrəba, qonum-qonşu və dost-tanışa paylana bilər. Eynilə bunun kimi, onu kəsdirən şəxs və ailə üzvləri tərəfindən də yeyilə bilər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.