Müsəlmanlar

Allah xoşlamadığı idarəçilərə yaltaq köməkçilər verir?

Sual: Deyilənə görə belə bir hədis var: “Allah sevib bəyəndiyi idarəçilərə sözü üzə deyən məsləhətçilər qismət edər, sevmədiklərinə də yaltaqlar.” Muhəmməd peyğəmbərin doğrudan da, belə bir sözü var?

Cavab: Mənbələrdə qeyd etdiyiniz mənada bir hədis rəvayəti var. Aşağıdakı mətnlə qeyd olunmuşdur:

إِذَا أَرَادَ اللَّهُ بِالأَمِيرِ خَيْرًا جَعَلَ لَهُ وَزِيرَ صِدْقٍ إِنْ نَسِىَ ذَكَّرَهُ وَإِنْ ذَكَرَ أَعَانَهُ وَإِذَا أَرَادَ اللَّهُ بِهِ غَيْرَ ذَلِكَ جَعَلَ لَهُ وَزِيرَ سُوءٍ إِنْ نَسِىَ لَمْ يُذَكِّرْهُ وَإِنْ ذَكَرَ لَمْ يُعِنْهُ

Ayşə anamız Muhəmməd peyğəmbərin (s. a. v.) belə dediyini rəvayət etmişdir:

“Allah bir başçı/idarəçi haqqında xeyir istədiyi vaxt ona düzgün (danışan və düzgün iş görən) bir köməkçi qismət edir. Əgər o (başçı görülməli olan bir işi) yaddan çıxartsa (həmin köməkçi yaddan çıxan işi), onun yadına salır. Əgər başçı həmin işi özü yada salsa (o vaxt da həmin köməkçi o işin görülməsi üçün), başçıya kömək edir.

Əgər Allah onun üçün başqa bir şey istəyibsə, ona pis (xasiyyətli) bir köməkçi verir. Əgər (görülməli olan bir işi) yaddan çıxartsa (həmin köməkçi yaddan çıxan işi), ona xatırlatmır. Əgər başçı həmin işi özü yada salsa (o vaxt da həmin köməkçi o işin görülməsi üçün), başçıya kömək etmir.” ((Əbu Davud, Xərac, 4; Nəsai, Biət, 33; Əhməd ibn Hənbəl, 6/70.))

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.