Sual: İlk insan olan Adəmə peyğəmbərlik nə vaxt verilib? İblisin onu aldatmağından qabaq, yoxsa sonra?
Cavab: Adəm peyğəmbərə peyğəmbərlik İblisin onu aldatmağından və hamılıqla yaşadıqları yerdən (dünyadakı bağdan) çılxardılmaqlarından sonra verilib.
http://www.muselmanlar.com/fitvalar/3445.html
Qurani-Kərimdə bu məsələ ilə əlaqədar olaraq belə deyilir:
“Bir gün mələklərə: “Adəmə səcdə edin!”, – dedik. İblisdən başqa hamısı dərhal səcdə etdi. Yalnız İblis qürrələnərək səcdə etməkdən boyun qaçırdı və kafirlərdən oldu.
Adəmə: “Ey Adəm! Zövcənlə bu bağda qalın və istədiyiniz yerlərdən bol-bol yeyin. Ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa səhv edərsiniz”, – dedik.
Sonra şeytan onları o ağacın ucbatından azdırıb, olduqları yerdən uzaqlaşdırdı. Biz də Adəmlə Həvvaya: “Enin oradan! Sizin biriniz digərinin düşmənidir. Yer üzündə sizdən ötrü bir sığınacaq və məişət vasitələri var”, – dedik.
Nəhayət Adəm Rəbbindən xəbərdarlıqlar aldı. Sonra Rəbbi tövbəsini qəbul etdi. Allah həqiqətən də, tövbələri qəbul edəndir, mərhəmət sahibidir!
Biz onlara: “Hamınız birlikdə enin! Mənim tərəfimdən sizə bir yol göstərən gəldiyi zaman, kim onun yolunda getsə, üstlərində heç bir qorxu olmaz və onlar qəm-qüssə yeməzlər”, – dedik.
Ayələrimizin qarşısında yalan danışıb özlərini görməməzliyə vuranlar isə cəhənnəm camaatıdır. Orada ölümsüz olacaqlar.” (Bəqərə, 2/34-39)
38-ci ayənin məal-tərcüməsində altından xətt çəkilmiş hissədən başa düşmək olur ki, Adəm o vaxt peyğəmbər deyildi.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.